AB-nin Enerji Komissarı Cənub Axınına dəstək verir

Avropa Birliyinin Enerji Komissarı Günter Oetinger deyib ki, “Avropa Birliyi Cənub Axını layihəsinə dəstək verməlidir,
çünki bu layihə təhlükəsizliyin texniki tələblərinə cavab verir”.
Bolqarıstanda enerji forumunda iştirak edən Oetinger deyib ki, Cənub Axını Avropanın qazla təmin olunmasında yeni təchizat şəbəkəsi yaradır.

Rusiyanın Avropa qaz bazarında aparıcı rolunu möhkəmləndirən Cənub Axını Xəzər qazını Avropaya çıxarmalı Nabuko layihəsinə rəqibdir.