İbtidai təhsilin vəziyyəti öyrənilir

Martın 3-də Bakının 144 orta məktəbində 13 mindən çox 4-cü sinif şagirdi riyyaziyyat fənnindən test imtahanı verib. Nəticələr üç gün müddətində məlum olacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimayyətlə əlaqələr şöbəsinin rəhbəri Zəminə Əliqızının AzadlıqRadiosuna verdiyi məlumata görə, martın 4-də paytaxtın daha dörd rayonundakı orta məktəblərin dördüncü sinifləri imtahan verəcəklər:

«Niyə dördüncü sinif, ona görə ki, 4-cü sinin idtidai sinif mərhələsinin sonudur. Riyaziyyat fənni də ki, bütün elmlərin açarıdır. İstədik öyrənək ki, məktəblərdə ibtidai sinif şagirdlərinin riyaziyyat bilikləri necədir».

Dordüncülərin ilk test imtahanı fevralın 17-də Nərimanov rayonundakı orta məktəblərdə keçirilib.
Zəminə Əliqızı deyir ki, ilk imtahanın nəticələri fevralın 24-də Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) keçirilən Təhsil Şurasının iclasında müzakirə edilib. Bu təcrübənin digər orta məktəblərdə davam etdirilməsi qərar alınıb.
Şagirdlərlə yanaşı eyni suallar üzrə müəllimlər də test imtahanı veriblər.
Zəminə Əliqızı deyir ki, müəyyən problemlər olsa da ilk test imtahanın nəticələrinə «dörd» qiyməti vermək olar.