Olimpiya Komitəsinin prezidenti istefaya getdi

Rusiya Olimpiya Komitəsinin prezidenti Leonid Tyaqaçev istefa verib.

Prezident Dimitri Medvedev bu günlərdə idmançıların hazırlığına görə cavabdehlik daşıyan komitə rəsmilərinin istefasını tələb etmişdi.

Rusiya Kanadada keçirilmiş qış Olipiya oyunlarında 11-ci yeri tutub ki, bu 1956-cı ildən bu yana ölkənin tarixində ən pis göstəricidir