Norveçlə İran arasında münasibətlər pisləşib

Norveç İran diplomatını ölkədən çıxarır.

Onun adı hələlik çəkilməyib.

Norveç Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bunun ötən həftə Norveç diplomatının İrandan çıxarılmasına cavab olduğu bildirilir.

Norveçin İranın keçmiş baş konsulu Məhəmməd Rza Heydəriyə siyasi sığınacaq verməsi iki ölkə arasındakı münasibətləri gərginləşdirib.