Dördüncülər riyaziyyatdan imtahan verir

Martın 4-də Bakının dörd rayonunda dördüncü siniflər riyaziyyat fənnindən imtahan verəcək.
Bu barədə AzadlıqRadiosuna Bakı şəhəri üzrə Təhsil İdarəsinin ictimayyətlə əlaqələr şöbəsinin rəhbəri Zəminə Əliqızının məlumat verib.

Zəminə Əliqızı deyir ki, test imtahanlarının keçirilməsində məqsəd ibtidai sinfi başa vuranların və onlara dərs deyən müəllimlərin riyaziyyat bilikləri öyrənməkdir.

Dördüncü siniflər üçün ilk test imtahanı fevralın 17-də Bakının Nərimanov rayonunun orta məktəblərində keçirilib. Martın 3-də isə dördüncülər Bakının altı rayonu üzrə 144 məktəbdə imtahan veriblər.