Bağdadda seçkilər günü 5 nəfər ölüb

Bağdadda seçki məntəqəsinin yaxınlığında baş verən partlayışda 5 nəfər ölüb, azı 10 nəfər yaralanıb.

Bu gün İraqda erkən parlament seçkiləri keçirilir.

BMT-nin İraqdakı Yardım Missiyasının qiymətləndirməsinə görə bu günkü seçkilərdə 600-700 min iraqlının iştirak edəcəyi gözlənilir.

Onların əksəriyyəti bazar günü işləyəcək təhlükəsizlik xidmətinin əməkdaşlarıdır.

İraqda parlament seçkiləri martın 7-də olacaq.