ABŞ-da soyqırımı iddiası müzakirə olunur

ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Osmanlı imperiyası dövründə ermənilərin soyqırımına məruz qalması ilə bağlı qətnamənin müzakirəsinə başlanıb.

Amma qətnamənin hüququ qüvvəsi yoxdur.

Türkiyə xəbərdarlıq edib ki, qətnamənin qəbulu ABŞ-Türkiyə münasibətlərinə xələl gətirə bilər.

Ağ evin nümayəndəsi Mayk Hammerin sözlərinə görə dövlət katibi Hillari Klinton komitənin sədri Hovard Bermana deyib ki, belə bir səsvermənin keçirilməsi , münasibətlərin normallaşması ilə bağlı Türkiyəylə Ermənistan arasındakı danışıqları təhlükə altında qoya bilər.

Türkiyə mətbuatının məlumatına görə prezident Abdulla Gül amerikalı həmkarı Barak Obamaya telefon açaraq qətnamənin qarşısını almağa çağırıb.