«Protez Mərkəzində protez corablarını 20 manata satırlar»

Rey Kərimoğlu

Qarabağ əlili Rey Kərimoğlu «İşdən sonra»da bildirib ki, Qarabağ əlillərinə qarşı neqativ hallar var:

- Protez Ortopedik Mərkəzində protez corablarını 20 manata satırlar. Bu əlillərlə ömürlük gedən şeydir, niyə protez qoyulan vaxt rüşvət alınmalıdır? Çox əlillər şikayət edir. Evlərlə bağlı problemlər var. Bizim məqsədimiz odur ki, bunu prezident İlham Əliyevə çatdıraq. Mən inanmıram ki, Ramiz Mehdiyev, Səfər Əbiyev Qarabağ əlillərindən 200-300 manat pul uma. Amma inandım-inanmadım belə şeylər var. Bizim əlimiz heç yerə çatmır. Məhkəmələrə isə heç kim inanmır. Lap müraciət etsək də, vəkil tutmaq üçün pul lazımdır.

Ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin üzvü Mehdi Mehdiyevsə deyir ki, dövlətin gördüyü işlər yaxşı səviyyədədir. Problemlər var, amma bunlar məmur laqeydliyindən qaynaqlanır:

- Cənab prezident Qarabağ əlillərinin, şəhid ailələrinin problemləri ilə bağlı elə bir sənəd yoxdur ki, onu imzalamasın. Ortaya çıxan problemlərə də dərhal müdaxilə edilib. Amma bəzi məsələlər var ki, onları həll etmək olmur. Şikayətçilər ad çəkmək istəmirlər ki, bu da ölçü götürməyə mane olur.

Hövsanda Qarabağ əlilləri üçün tikilmiş binada olan mebellərin taleyi necə oldu?

Qarabağ əlillərinin problemləri nədən ibarətdir?

BÜTÜN BUNLAR BARƏDƏ «İŞDƏN SONRA»DA.

/Hazırladı: Gülər Qasımova/