İraqda parlament seçkiləri keçirilir

Bu gün İraqda parlament seçkiləri keçirilir.

Seçki günü ölkə paytaxtı Bağdadda törədilmiş partlayış nəticəsində azı 12 adam ölüb, 8 nəfərsə yaralanıb.

Partlayış seçki məntəqələri açıldıqdan bir qədər sonra törədilib.

325 deputat yeri uğrunda 6 200 namizəd mübarizə aparır.

Bu 2003-cü ildə keçmiş dikdator Səddam Hüseyin rejiminin devrilməsindən bu yana İraqda keçirilən ikinci parlament seçkiləridir.