Əhmədinejad deyir ki, 11 sentyabr terror aktları qondarmadır

11 Sentyabr terror hücumları ABŞ-ın terrorçuluğa qarşı müharibə elan etməsinə haqq qazandırmaq üçün qondarılıb.

Bunu İran prezidenti Mahmud Əhmədinejad Milli Kəşfiyyat İdarəsinin rəsmiləri ilə görüşdə deyib.

O Nyu-Yorkdakı əkiz qüllələrin vurulmasını xüsusi xidmətin qurduğu çətin senarinin tərkib hissəsi olduğunu deyib.