ABŞ qoşunları İraqdan 2011-ci ilin sonunda çıxacaq

İraqlılar bu gün parlament seçkilərinin nəticələrini gözləyir.

Martın 7-də milyonlarla seçici partlayışlara, raket və mərmi zərbələrinə baxmayaraq seçkilərdə iştirak edib. Sünni islamçı yaraqlıların hücumları zamanı azı 36 nəfər ölüb.

İraqda parlament seçkilərinin ilkin nəticələri yaxın günlərdə açıqlanacaq.

Parlamentdəki 325 yer uğrunda 6200-ə yaxın namizəd mübarizə aparır.

Bu, ABŞ-ın Səddam Hüseyn rejimini devirməsindən sonra ölkədə keçirilən ikinci parlament seçkiləridir.

ABŞ prezidenti Barak Obama seçkiləri alqışlayıb və Amerika qoşunlarının 2011-ci ilin sonunda İraqdan çıxarılacağını təsdiqləyib.