Mahmud Əhmədinejad Əfqanıstana gedir

İran prezidenti Mahmud Əhmədinejadın bu gün Əfqanıstana səfəri gözlənilir.

Səfər zamanı əfqanıstanlı həmkarı Həmid Kərzayi ilə görüşəcək.

Danışıqlar zamanı ikitərəfli münasibətlər və Əfqanıstandakı vəziyyət müzakirə olunacaq.

İran prezidenti əvvəllər dəflərlə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasına çağırıb, onların ölkədə problemlər yaratdığını deyib. Vaşinqton kimi İran hökuməti də Əfqanıstandakı ekstremist Taliban yaraqlılarına qarşıdır.

Bu ötən il yenidən prezident seçilən Kərzayi və Əhmədinejatın ilk görüşüdür.