Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Abdullah Gülə başsağlığı göndərib. Bu gün göndərilən başsağlığında İlham Əliyev qeyd edir ki, Əlazığ vilayətində baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər onu olduqca kədərləndirib.
İlham Əliyev faciə ilə əlaqədar Türkiyə prezidentinə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Türkiyə xalqına başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir.
Türkiyənin şərqində bu səhərə yaxın baş verən zəlzələdə ölənlərin sayı 51-ə çatıb. 100-dən çox xəsarət alan var.
6 ballıq zəlzələnin episentri paytaxt Ankaradan 550 kilometr aralı Elazığ şəhərinin yaxınlığında olub.