Ukraynada koalisiya yaradılmasını asanlaşdıran qanun imzalanıb

Ukrayna prezidenti Viktor Yanukoviç parlamentdə kolaisiya yaradılmasını asanlaşdıran qanun imzalayıb.

Ukrayna parlamenti bu yaxınlarda təkcə fraksiyaların deyil, ayrı-ayrı deputatların da iştirakıyla koalisiya yaradılmasına imkan açan düzəliş qəbul etmişdi.

Qanunun qəbuli hakim kolaisiya və hökumət yaradılmasını tezləşdirəcək.