Bu gün Bakıda Xəzəryanı ölkələrin xarici işlər nazirləri müavinlərinin növbəti görüşü keçirilir.
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə bildirib ki, təhlükəsizlik məsələlərinin müzakirəsinə həsr olunduğu üçün görüşdə sərhəd, gömrük xidmətləri, fövqəladə hallar və daxili işlər nazirliklərinin də nümayəndələri iştirak edəcək.
Nazirlərin görüşündə əldə olunacaq razılaşmalar Xəzəryanı ölkələrin prezidentlərinin görüş planına daxil ediləcək.