Rusiyanın baş naziri Vladimir Putin bu gün Hindistana səfər edir. Tərəflərin müdafiə və nüvə sənayesi sahəsində 10 milyard dollarlıq saziş imzalayacaqları gözlənilir. Putin iki ölkə arasındakı ticarət həcmini 2015-ci ilə qədər 8 milyard dollardan 20 milyard dollara qaldırmağı da təklif edəcək.
Hindistan Rusiyanın çoxdankı müttəfiqidir və silahı əksər hallarda Moskvadan alır.