İki ayda istehsalat sahəsində 10 nəfər ölüb

2010-cu ilin yanvar-fevral ayları ərzində istehsalatda 29 bədbəxt hadisə baş verib. Bunun 7-si tikinti sektorunun payına düşür. Ötən iki ayda istehsalatla əlaqəli sayılmış hadisələrdə 10 ölüm halı qeydə alınıb ki, bunun da 5-i tikinti sektorunda baş verib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyin rəisi Nəbi Şükürlü bu ilin ilk iki ayı ərzində istehsalat müəssisələrində aparılan tədqiqatların nəticələrinə dair keçirdiyi mətbuat konfransında məlumat verib.

Nəbi Şükürlü bildirib ki, vaxtında və obyektiv keçirilən tibbi müayinələrin istehsalat travmaları və peşə xəstəliklərinin qarşısının alınmasında müstəsna rolu var və bu sahədə nəzarətin gücləndirilməsi zəruridir.