ATƏT-in söz və media azadlığı üzrə yeni nümayəndəsi təyin olunub

Dunya Miyatoviç

Bosniya-Herseqovinadan olan Dunya Miyatovic ATƏT-in söz və media azadlığı üzrə nümayəndəsi təyin olunub.

ATƏT-in yaydığı məlumata görə, üç il müddətinə bu vəzifəni icra edəcək Miyatovic bu postda Mikloş Haraştini əvəzləyəcək.

Dunya Miyatoviç media hüquqları və qanunvericiliyin tənzimlənməsi üzrə mütəxəssisdir. 1988-ci ildə Bosniya və Herseqovina kommunikasiyaların nizamlanması agentliyinin təsisçilərindən biri olan Miyatoviç eyni zamanda Mətbuat Şurasının formalaşdırılmasında da yaxından iştirak edib.

O, 2007-ci ildən Avropa Platformasının nizamlayıcı orqanının sədri olub.

Miyatoviç Ermənistan, İordaniya, Serbiya, Çernoqoriya, Sloveniya, Birləşmiş Krallıq, Avstriya, Mərakeş və İraqda ekspert kimi işləyib. O, Avropa Birliyi ölkələrini təmsil etməyən ilk nümayəndə və ilk qadındır.