Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, hadisə martın 12-də saat 01:30-da Xəzər dənizinin Çilov adası yaxınlığında baş verib.
Nazirliyin əməkdaşları hadisə yerinə çatarkən yarıyadək batmış gəminin göyərtəsində olan 15 nəfəri xilasetmə qayıqlarında dənizə çıxarıblar.
Xilasetmə tədbirlərinə Dövlət Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürmə gəmisi və 1 ədəd vertolyot cəlb olunub.
Küləkli hava şəraitinin xilasetmə əməliyyatını çətinləşdirməsinə baxmayaraq, qəzaya uğramış Rusiya Federasiyası Dağıstan Respublikasının "Qrand" şirkətinə məxsus "MRS Kayakend" adlı balıqçı gəmisinin sahilə gətirilməsi üçün müvafiq tədbirlər görülür.
***
Dövlət Dəniz Administrasiyasının yaydığı məlumata görə, hadisə Xəzərin Azərbaycana aid hissəsində martın 12-də gecə saatlarında baş verib. «Kayakend» gəmisində baş verən güclü yanğınla bağlı hadisə yerinə Dövlət Neft Şirkəti Neft donanmasının və Fövqəladə Hallar Nazirliyinin gəmiləri və vertolyotları cəlb olunub. 16 nəfərdən ibarət gəmi heyəti üzvləri xilas ediliblər.
Hazırda xilas etmə tədbirləri davam etdirilir. Qəzaya uğramış gəmi isə yanğının baş vermə səbəblərinin araşdırılması üçün yedəyə götürülərək Bakı limanına gətiriləcək.
Xəzərin sahilində yanan gəmi Maxaçkala limanında qeydiyyatda olan, 1967-ci ildə inşa olunmuş Rusiya Federasiyasının bayrağı altında üzürmüş.