Kommunal inqilab

Milyonlarla rus kimi Tatyananın da yeni ildən kommunal xərcləri artıb. Axı, indi kommunal ödənişlər yeni tariflə hesablanır. Yanvar ayının kommunal xərcləri Tatyananın gözlədiyindən artıq olub. O, əməkhaqqının üçdə ikisi qədərini, təxminən 25 faizini aylıq kommunal xərclərə ödəməlidir:

- Mən ödənişlərlə bağlı böyük çətinliklə üzləşmişəm. Əmək haqları aşağıdır, kommunal xidmət üçün tariflər isə yüksəkdir. Mən sovet dövründə böyümüşəm. Biz heç vaxt belə problemlər hiss etməmişik. Mən həqiqətən öz uşaqlarım üçün qorxuram.

Mərkəzi Rusiyanın Penza şəhərindəki məktəbəqədər hazırlıq müəllimi olan 50 yaşlı Tatyananın su, qaz və elektrikdən istifadəyə görə borcu 168 dollardır. Bu məbləği ödədikdən sonra onun iki uşağını və səhhətində ciddi problemlər olan əlil ərini saxlaması üçün 77 dolları qalır.

ÜMİDSİZLİK

Tatyana deyir ki, ümidsiz vəziyyətdədir, amma nəsə etməyə ehtiyac duyur. Ona görə də müxalifətin təşkil etdiyi nümayişlərə qoşulub.

Penzanın qəzəbli hakimiyyəti yerli əhalinin bu etirazlara qoşulmaması üçün hər şeyə əl atdı: zooparka, sərgi salonlarına tamaşa etmək pulsuz oldu, həm də kommunal xərcləri necə azaltmaqla bağlı ictimai müzakirələr təşkil etdi.

Ancaq nahaq yerə. 2000 etirazçı şəhər mərkəzinə yığışdı. Dinc aksiya olsa da, çıxışlar kəskin idi. Yerli sakinlər yaşayış standartlarıyla boğazacan toxuydular və hər kəslə bu barədə danışmağa hazır idilər.

Penza nümayişi son günlərdə Rusiyanı çalxalayan etirazların sonuncu idi. Samara, İrkutsk və Arxangelskdə daha çox sakin işsizliyin artmasına, polis özbaşınalığına, yerli və federal hökumətin daha çox korrupsiyaya uğramasına etiraz edən qüvvələrə qoşulmağa başlayıb.

Ən böyük nümayiş ötən ay Kalininqradda olmuşdu, aksiyaya 10 mindən çox adam qoşulmuşdu.

Soyuq şəhər meydanlarındakı etiraz nümayişləri bayraq və şüarlarla məhdudlaşmırdı. Bəziləri Vladimir Putinin 10 illik hakim rejimə qarşı etiraz səslərini ucaltmışdı.

Moskvada veteran rok ulduzu Yuri Şevçuk konsertində sürətlə artan korrupsiyanı və cəzasızlıq mühitini tənqid etdi:

HƏR KƏS OĞURLAYIR

- Varlılar varlanır, kasıblar daha da kasıblaşır. Korrupsiya totaldır, hər kəs oğurlayır, Bu sistem bizim ölkəmizdə qəddar, zalım bir hökumət qurub. Adamlar əziyyət çəkir, ancaq təkcə həbsxana və düşərgələrdə yox, sığınacaqlarda və xəstəxanalarda. Mənim də burda olan dostlarım ehtiyac içindədir.

Siyasi analitik Dmitri Oreşkin deyir ki, narazılığın böyük hissəsi iqtisadi böhrana görədir:

ADAMLAR ARTIQ NAĞILLARA İNANMIRLAR

- Nümayişlər böhrandan bəri yaranan faktorların məntiqi nəticəsidir. İşsizlik çoxalmaqdadır, qiymətlər uçur, yaşayış standartları pisləşir. Televiziyalar bizə hekayələr danışır ki, biz dirçəlirik. Ancaq adamlar artıq nağıllara inanmırlar.

Hələ ki, polis nümayişlərin qabağını almaq üçün çoxşaxəli həbslərə getmir. Dmitri Oreşkinin fikrincə, Rusiyanın siyasi liderləri başa düşür ki, narazılıq dalğasını qəddarcasına yatırtmaq ictimai qəzəbi onlara qarşı yönəldə bilər.

Prezident Dmitri Medvedev fevral yığıncağın ardınca Kalininqrada nümayəndələrini göndərib. Bir neçə yüksək vəzifəli şəxs istefaya gedib.

Ancaq analitiklər deyirlər ki, bu etirazlar siyasi sistemə heç bir real təhlükə yaratmır. Rusiyanın müstəqil «Levada» Sorğu Mərkəzinin sədr müavini sosioloq Aleksey Qrajdankin:

ETİRAZLARI BÖYÜK NARAZILIĞA ÇEVİRƏSİ QÜVVƏ YOXDUR

- Etirazları böyük narazılığa çevirəsi qüvvə yoxdur. Bu mənada hakimiyyət orqanlarının narahatçılığına əsas yoxdur.

Qrajdankin deyir ki, iqtisadi böhrana baxmayaraq, keçirilən sorğuların nəticələrinə görə, Medvedev və onun müəllimi, baş nazir Vladimir Putin son dərəcə populyardılar. Onun fikrincə, etirazçıların əhval-ruhiyyəsi mövsümü dəyişikliyə görədir, adamlar yazda daha fəal olurlar.

Şübhə yoxdur ki, nümayişçilərin qəzəbi gündən-günə dərinləşən kasıbçılığın, qəddar polis davranışının və korrupsiyaya uğramış məmurların ucbatından doğub.

Çoxlarının dəyişikliyə gümanı yoxdur. Ancaq hətta ümidsiz Tatyana da minlərlə rus kimi küçəyə çıxdı. O ümidlə ki, etirazlar əsl təkmilləşmə gətirəcək.