Bakıda yaşayış binası uçub

Uçqun iki mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində olub. Binəqədi rayonun Rəsulzadə qəsəbəsi, Əli Məmmədov keçəsi, ev 10/11-də yerləşən binada yaşayan 11 ailə evakuasiya olunub.

Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, 1948-ci ildə tikilən fin layihəli binanın uçması nəticəsində xəsarət alan olmayıb.

Binanın hansı səbəbdən uçması araşdırılır.