Pakistandakı partlayışda ölənlərin sayı 39-a çatıb

Pakistanın şərqindəki Lahor şəhərində baş verən iki partlayışda ölənlərin sayı 39-a, yaralıların sayı 100-ə çatıb. Olən və yaralananların çoxu hərbçilərdir.

Polisin verdiyi məlumata görə, partlayışları intiharçı törədib.

Ötən bazar günü də Lahorda partlayış olmuşdu. Həmin partlayışda 13 nəfər həlak olmuşdu.