İsrail Qərb Sahilinə girişi müvəqqəti dayandırıb

İsrail Qərb Sahilinə girişi 48 saatlığa dayandırır. Rısmilər təhlükəsizlik səbəbi ilə şənbə günü gecə yarısına qədər fələstinlilərin bu ərazilərə girişinin qadağan edildiyini bildirib.

İsrail polisi 50 yaşdan aşağı adamların Əl-Əqsə məscidində cümə namazına da imkan verilməyəcəyini elan edib. Səbəb kimi yenə də qarışıqlıq yaranması ehtimalı gətirlir.

İsrail Qərb Sahilində iki tapıntını özünün milli mədəniyyət abudəsi elan edəndən sonra Yerusəlimdə məscidlərdə cümə namzaları qarşıdurmalarla müşayiət edilir. Bu qarşıdurmalarda bir neçə fələstinli ciddi yaralanıb.