Putin Hindistanla dəyəri 10 milyard dollardan çox olan müqavilələr imzalayır

Hindistanda səfərdə olan Rusiyanın baş naziri Vladimir Putin bildirib ki, artıq əlaqələri yalnız silah al-veri çərçivəsindən çıxarıb enerji, bank, informasiya texnologiyaları sahəsinə də keçirməyin vaxtıdır.

Putin indi ilə səkkiz milyard dollar olan ikitərəfli ticarətin həcmini 2015-ci ildə 20 milyard dollara çatdırmaq istəyir.

Putin bugünün sonunda həmkarı Manmohan Singhlə də görüşəcək. Onun silah və enerji sahəsində əməkdaşlığa dair dəyəri 10 milyard dollardan çox onlarla müqaviləni imzalayacağı gözlənir.