Rusiyanın Baş naziri Vladimir Putinin Hindistana bugünkü səfəri zamanı iki ölkə arasında bir neçə böyük layihə imzalanıb.
Baş nazirin müavini Sergey İvanov bildirib ki, nüvə enerji sahəsində əməkdaşlığa dair imzalanan layihəyə görə Rusiya Hindistana 16 nüvə reaktoru tikəcək.
Rusiya Hindistanın hərbi dəniz donanması üçün də 29 MiG hərbi təyyarəsi satacaq.
Rusiya Hindistanın əsas silah təchizatçısı hesab olunur. Bu gün Putin bildirib ki, əməkdaşlığı silah al-verindən başqa sahələrə də istiqmətləndirməyin vaxtıdır.