Qəndəhar əyaləti Kabildən kömək istəyir

Əfqanıstanın Qəndəhar əyalətinin rəhbərliyi əhalinin təhlükəsizliyini təmin etmək üçün Kabildən əlavə qüvvələr istəyib.

Dünən Qəndəharda törədilmiş partlayışlarda azı 30 adam ölüb, 50 nəfər isə yaralanıb.

Hücumlara görə cavabdehliyi talibançılar üzərinə götürüb.