Nalbandyan həmsədrlərlə görüşəcək

Martın 15-də Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Almaniyaya rəsmi səfəri gözlənilir.

ANS PRESS-in məlumatına görə məlumatı Ermənistanın kütləvi informasiya vasitələri Xarici İşlər Nazirliyinə istinadən yayıblar.

Martın 16-də isə Nalbandyan Fransanın paytaxtı Parisə yollanacaq, Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.