Bakıda «jek» müdirinə silahlı basqın olub

Bakıda Mənzil Kommunal Təsərrüfatı İdarəsinin rəisinə silahlı basqın olub. Bu barədə «APA»ya Qaradağ rayon Polis İdarəsindən məlumat verilib.

Hadisə martın 15-də səhər saat 10.00 radələrində Qaradağ rayonunda qeydə alınıb. Əl qumbarası ilə silahlanmış, Bakı şəhər sakini Ramiz Cəbrayılov Qaradağ rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsinin rəisi Rasim Əhmədovun iş otağına daxil olaraq onu öldürməklə təhdid edib. Hadisənin pul üstündə baş verdiyi bildirilir.

Dərhal hadisə yerinə polis çağırılıb. Əraziyə gələn polis əməkdaşlarının səyi nəticəsində Ramiz Cəbrayılov zərərsizləşdirilib. Hazırda onun ifadəsi alınır.

Faktla bağlı araşdırmalar davam etdirilir.