Azərbaycan-Slovakiya biznes-forumu keçirilir

Bakıda Azərbaycan-Slovakiya biznes-forumu keçirilir. Forum Slovakiyanın xarici işlər naziri Miroslav Layçakın Azərbaycana səfəri çərçivəsində reallaşır.

Biznes-forumda Slovakiya və Azərbaycanın kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, bank, tikinti, sənaye və digər sahələrdə fəaliyyət göstərən 40-a yaxın şirkətin nümayəndələri iştirak edir.

Tədbir çərçivəsində iki ölkənin iş adamları arasında ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.

Hazırda Azərbaycanla Slovakiya arasında ticarət dövriyyəsi 11 milyon dollarından çoxdur.