«Erməni soyqırımı» ilə bağlı qərar düzgün deyil

«İsveç parlamentinin xarici əlaqələr komitəsinin qondarma «erməni soyqırımı» ilə bağlı qəbul etdiyi qərar düzgün deyil. Parlament tarixi hadisələrə qiymət verməməlidir. Bunu tarixçilər etməlidir».

Bu sözləri ATƏT Parlament Assambleyasının Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, İsveç parlamentinin deputatı Qoran Lenmarker martın 15-də Bakıda deyib.

Qoran Lenmarker bildirib ki, onun fikirləri həm də İsveç hökumətinin mövqeyi ilə üst-üstə düşür: «Çünki İsveç hökuməti parlamentin bu qərarını pisləyir və bunu Türkiyə ilə münasibətlərə zərbə hesab edir».

Bir neçə gün əvvəl İsveç parlamenti qondarma «erməni soyqırımı»nı tanıyan qətnamə qəbul edib.