Gəncədə Novruzla bağlı tədbirlərə start verilir

Ənənəvi olaraq hazırlanan nəhəng paxlava şəhər sakinlərinə paylanacaq. Bu dəfəki paxlavanın uzunluğu 15 metrə çatacaq.


Bu barədə məlumatı Gəncə şəhər Mədəniyyət İdarəsinin rəisi Mina Məlikova verib. Onun sözlərinə görə, şəhərin mərkəzi meydanının keçirilməsi nəzərdə tutulan şənlik martın 17-ə planlaşdırılır.

Bu il də meydanda tonqal qalanacaq, gənc idmançıların çıxışları, rəqs ansambıllarının ifaları, xalq milli oyunlarının nümayişi nəzərdə tutulur.