Prezidentin tapşırığıyla bir neçə region rəsmisi həbs edilib

Qazaxıstanda ötən həftə baş verən daşqınlarla bağlı olaraq bir neçə region rəsmiləri həbs edilib.

Alma-Ata yaxınlığındakı bəndin uçması nəticəsində baş verən daşqınlar üzündən 34 nəfər həlak olmuşdu.

Prezident Nursultan Nazarbayevin günahkarların cəzalandırılması ilə bağlı tapşırığından sonra Daxili İşlər Nazirliyi 5 rəsminin həbs edildiyini bildirib.

Neft zəngini olan Qazaxıstan enerji sektoruna milyardlarla dollar xarici invesitisiya cəlb eləsə də, iqtisadçılar tərəfindən sovet dövründən qalma infrastrukturları yeniləmədiyinə görə tənqid olunur.