Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutu “Koroğlu” dastanının üç əlyazmasını bir kitabda cəmləşdirib.
İnstitutun direktor müavini Paşa Əlioğlunun Azadlıq Radiosunun "İz" proqramına verdiyi bilgiyə görə, birinci əlyazma institutun arxivindən götürülüb, “Məşhur Koroğlu hekayəsi” adlanan bu əlyazma tam deyil, dastanın bir hissəsidir.
İkinci əlyazma alman tədqiqatçı Baron Avqust variantının Vəli Xuluflu tərəfindən tərcüməsidir.
37-ci ildə repressiya olunmuş tanınmış araşdırıcı Vəli Xuluflu vaxtilə Baron Avqustun almancadan ruscaya tərcüməsini Azərbaycan dilinə çevirmişdi.
Üçüncü əlyazma isə, görkəmli tədqiqatçı və əlyazma toplayıcısı Salman Mümtazın arxivinə məxsus olan “Koroğlu dastanından qoşma və gəraylılar”dır.
Kitabın tərtibçisi və önsöz müəllifi filoloq-alim Əli Məmmədbağıroğludur.