ATƏT nümayəndələri bataqlığa düşüb

Martın 16-da ATƏT-in təmas xəttində planlaşdırıldığı monitorinq baş tutmayıb.

Buna səbəb ATƏT nümayəndələrini aparan nəqliyyat vasitələrinin bataqlığa düşməsidir. Yerli əhalinin, texnikanın köməyi ilə maşınlar bataqlıqdan çıxarılıb. Nəticədə monitorinq baş tutmayıb.

ATƏT rəsmiləri monitorinqi Ağdam rayonunun Təzəkənəd kəndinin cənub istiqamətindəki təmas xəttində keçirməyi planlaşdırırdı.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə nazirlik sözügedən ərazinin əlverişsiz, bataqlıq sahə olduğunu ATƏT nümayəndələrinin nəzərinə çatdırıb. Lakin onlar təkidlə məhz bu yerdə monitorinq keçirmək istədiklərini bildiriblər. Bu təkiddən sonra monitorinqə icazə verilib.