Əfv Komissiyası işini yekunlaşdırıb

Əfv Komissiyasının üzvü, şair Zəlimxan Yaqub

Prezident yanında Əfv Komissiyası işini yekunlaşdırıb. Bu barədə AzadlıqRadiosuna Əfv Komissiyasının üzvü, şair Zəlimxan Yaqub məlumat verib.

Z.Yaqub deyib ki, onlar daxil olan ərizələrin müzakirəsini başa vuraraq yekun siyahı hazırlayıblar:

- Artıq fərman vermək prezidentdən asılıdır.

Prezident İlham Əliyev sonuncu əfv fərmanını ötən ilin dekabrın 25-də verib. Həmin fərman 100-ə yaxın məhbusa şamil edilib.