İraqda parlament seçkilərində keçmiş baş nazir irəlidədir

İraqda keçirilən parlament seçkilərində sabiq baş nazir İyad Allavinin koalisiyası irəlidədir.

Martın 16-da gecə açıqlanan məlumatlara görə o, hazırkı baş nazir Nuri əl-Malikinin blokundan 9 min səs artıq toplayıb.

Hələ ki, martın 7-də keçirilən parlament seçkilərində kimin qələbə qazanacağı bəlli deyil. Səslərin 20 faizi hesablanmayıb.

Malikinin bloku İraqın 18 əyalətində irəlidədir, o cümlədən Bağdadda da. Alavinin koalisiyası isə 5 əyalətdə qabaqdadır.