Rumıniyalı nazir sabah Azərbaycana gəlir

Rumıniyanın Xarici İşlər naziri Teodor Bakonski martın 18-də Azərbaycana rəsmi səfərə gələcək.

Azərbaycan Xarici İşlər Nazirliyindən «APA»ya verilən məlumata görə, səfər çərçivəsində T. Bakonskinin həmkarı Elmar Məmmədyarov, baş nazir Artur Rasi-zadə və Milli Məclisin sədri Oqtay Əsədovla görüşləri nəzərdə tutulub.

Görüşlər zamanı ikitərəfli münasibətlərin cari vəziyyəti, ölkələr arasında əməkdaşlığın perspektiv istiqamətləri, regional və digər məsələlər müzakirə olunacaq.