Azərbaycana qarşı fəaliyyət göstərən 25 nəfər yaxalanıb

Ötən il xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycana qarşı kəşfiyyat pozuculuq fəaliyyəti ilə məşğul olan 25 nəfər zərərsizləşdirilib.

Bu barədə Milli təhlükəsizlik nazirinin müavini, general-mayor Əli Şəfiyev Bakı Slavyan Universitetində “Milli təhlukəsizliyin təminatında gənclərin rolu” mövzusunda keçirilən konfransda çıxış edərkən bildirib.