İsrail aviasiyası Qəzza zolağına zərbə endirib

İsrail aviasiyası Qəzza zolağına zərbə endirib. Nəticədə 2 nəfər yaralanıb.

Martın 18-də İsrail ərazisi Qəzzadan raket atəşinə tutulub, martın 19-u isə cavab olaraq Qəzzaya 6 istiqamətdə hava zərbəsi endirilib. Tailanddan olan işçi ölüb.

Hadisəyə görə məsuliyyəti tanınmayan “Ənsər əs-Sünnə” Fələstin qruplaşması öz üzərinə götürüb.