Gəmiqayırma zavodunun təməli qoyuldu

Azərbaycan prezidenti İlham Əliyev Bakı ətrafında gəmiqayırma zavodunun təməlqoyma mərasimində iştirak edib.

Zavod Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun yaxınlığında inşa olunacaq.

AzərTAc xəbər verir ki, Xəzər dənizi hövzəsində yeganə olacaq bu zavodda ildə 4 tanker və 4 yedək-təchizat gəmisi tikmək, müxtəlif təyinatlı 80-100 gəmini təmir etmək mümkün olacaq.

Zavodu Azərbaycan və Sinqapur inşaatçıları tikəcək.