Sankt-Peterburqda da hökumətin istefası tələb olunub

Bu gün Rusiyanın bir sıra şəhərlərində hökumətin yeritdiyi iqtisadi siyasətə etiraz olaraq nümayişlər keçirilib.

Sankt-Peterburqda keçirilmiş nümayişdə 1000-ə yaxın adam iştirak edib.

Onlar Putin hökumətinin istefasını və daha çox siyasi azadlıqlar verilməsini tələb ediblər.

Vladivastokda keçirlimiş nümayişdə isə 1500-ə yaxın adam iştirak edib.

Müxalifətçilər Putin hökumətinin istefası, və birbaşa qubernator seçkilərinin bərpa edilməsi də daxil olmaqla nümayişdə tələblərini sadalayıb.

Həmçinin İrkutsk şəhərində eyni tələblə etiraz aksiyası keçirilib.