British Airways şirkəti 3 günlük tətilə başlayıb

Böyük Britaniyanın British Airways şirkəti 3 günlük tətilə başlayıb.

Buna səbəb şirkət rəhbərliyinin qənaət baxımından maaş və pemsiyaları ixtisar etmək istəməsidir.

Həmkarlar İttifaqının şirkət rəhbərliyi ilə apardığı danışıqlar nəticə verməyib.

AzadlıqRadiosunun müxbiri artıq mindən çox reysin-xüsusilə də daxili reyslərin təxirə salındığını xəbər verir.

Həmkarlar İttifaqı həmçinin martın 27-də 4 günlük tətilə çıxmağı planlaşdırır.