Novruz Bayramı ərəfəsində «Azərbaycan dastanları» audiokitabı dinləyicilərlə görüşdü. Audiokitabın layihə rəhbəri Arzu Soltan AzadlıqRadiosunun «İz» proqramının qonağı oldu.
- Arzu xanım, ötən il «Azərbaycan Nağılları», bu il «Azərbaycan dastanları» çıxdı. Ardıcıllıq necə seçilir?
- Folklorumuzun maraqlı, rəngarəng növlərindən biri olduğu üçün dastanları seçdik. Bu janrdan xalqın adət-ənənəsiylə bağlı, mübarizə tarixiylə bağlı dolğun informasiya almaq olar. Ümumiyyətlə, indi Azərbaycanda kitaba maraq azaldığından, istənilən kitabın audiokitab halında çıxmasına ehtiyac duyulur.
- Azərbaycan dastanları zəngindir, çoxsaylıdır. Bu zənginliyin içindən hansı prinsiplərlə seçim apardınız?
- Dastanları seçərkən ölkə prezidentinin sərəncamıyla çıxan «Azərbaycan dastanları» beşcildliyinə müraciət etdik. Hər cilddən iki dastan seçdik. Bu beş aylıq layihə idi. Müəyyən büdcəsi vardı. Bu büdcə daxilində 10 dastan səsləndirdik.
- Hansı dastanları səsləndirdiniz? Lütfən, sadalayın. Heç olmasa, adlarını bir də eşidək.
- «Abdulla və Cahan», «Dəmirçioğlunun Çənlibelə gəlişi», «Əmrahın dastanı», «Sam Şahzadə», «Səlim Şah», «Məsim və Diləfruz», «Mahmudla Nigar», «Müğüm Şah», «Qurbani», «Şah İsmayıl» dastanlarını səsləndirdik. Əslinə qalsa, dastanların hamısı maraqlıdır. İstərdik ki, uşaqlarımız, yeniyetmələr, gənclər hamısını eşitsinlər. Amma müəyyən anlamda daha çox vətənpərvərlik aşılayan, Azərbaycan tarixi barədə informasiya verən dastanlara üstnlük verdik.
- Arzu xanım, dastanı kimlər danışır, aktyorlar, yoxsa aşıqlar?
- Dastanı tələbə aktyorlar səsləndirib. Bu gənc təşəbbüslər layihəsiydi və gənclərin ölkənin mədəni irsiylə, tarixiylə bağlı biliklərini artırmağa yönəlmiş layihə idi. Odur ki, layihəyə elə gəncləri cəlb etdik. Əsasən, Bakı Uşaq Teatrının aktyorlarıdır, gənc aktyorar və tələbələrdir. Dastanı səsləndirmək sadə bir iş deyil. Elə oxumalısan ki, səni dinləsinlər. Odur ki,aktyorlara müraciət etdik. Düzü, elə böyük maliyyə imkanımız yox idi ki, dastanı aşıqlara söylədək, başqa effektlər yaradaq. Aktyorlar dastanı danışırlar, fonda aşıq musiqisi səslənir.
- Təqdimat oldu?
- Martın 17-də audiokitabı tanıtdıq. Mətbuatı, kitabxana işçilərini, valideynləri çağırmışdıq. Layihə barədə məlumat verdik və audiokitabı gələnlərə payladıq. Audiokitab satış üçün nəzərdə tutulmayıb. Kitabxanalara veriləcək. Bakıda 70-ə yaxın kitabxana var. Hamısına çatdıracağıq. Orta məktəblərə paylamaq fikrimiz də var. Ədəbiyyat dərsində dastanlar mövzusu keçilərkən ondan yararlana bilərlər.
- Layihənin davamı olacaqmı?
- Bizim layihəmiz bitdi. Amma mənim fikrimcə, Azərbaycan nağılları da, dastanları da-- ümumiyyətlə bütün folklor nümunələrimiz, hətta klassiklərimizin əsərləri də, müasirlərimizin kitabları da istərdik ki, audiokitab halında çıxsın. Çünki indi kitab formatına maraq azalıb. İnterneti bəhanə edirlər, vaxtı səbəb göstərib oxumurlar. O üzdən, layihələr, proqramlar, bu işi dəstəkləyənlər lazımdır. Hesab edirəm ki, yaxın gələcəkdə daha çox əsər audiokitab formatında çap olunacaq. Avtomobildə gedərkən, uzaq səfərə çıxarkən belə kitabları dinləmək çox əlverişlidir. Eyni zamanda görmə qabiliyyəti zəif adamlar üçün bu format əvəzsizdir.