Netanyahu yenidən ABŞ-a etiraz edib

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın tələbindən yenidən imtina edib.

Amerika hökuməti Fələstinin iddia etdiyi ərazilərdə yəhudilər üçün yaşayış məntəqəsinin salınmasını istəmir.

İsrail lideri ABŞ-a səfər edib, İsrail lobbisi və ABŞ prezidenti Barak Obama ilə görüşəcək.

Martın 21-də BMT Baş katibi Ban Ki Mun İsraili Qəzzadan blokdanı götürməyə çağırıb.

Ban Ki Mun deyib ki, blokada səmərəsiz olub, çünki ekstremistləri zəiflətməyib, ancaq dinc sakinləri məhrumiyyətlərə məruz qoyub.