Corc Buş və Bill Klinton Haitiyə gedir

ABŞ-ın sabiq prezidentləri Corc Buş və Bill Klinton martın 22-də Haitiyə gedir.

Onlar hazırkı prezident Obamanın tapşırığı ilə təbii fəlakətin nəticələrinin aradan qaldırılması və qurbanlar üçün yardım kompaniyasını aparırlar.

Yanvarın 12-də Haitidə zəlzələ zamanı 230 minə yaxın adam ölüb. Bir milyondan çox insan evsiz-eşiksizdir. Yüz minlərlə adam hələ də müvəqqəti düşərgələrdə yaşayır.