Banklara qoyulan əmanətlərin məbləği artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, fevralın 1-dək banklara ölkə əhalisi tərəfindən 2,4 milyard manat məbləğində əmanət qoyulub.

Qoyulan əmanətlərin məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz artıb.

Banklara xarici valyuta ilə qoyulan əmanətlərin məbləği 55,5 faiz artıb.