Səhiyyə islahatı ilə bağlı qanunun Amerika Konqresindən keçməsini - bir ildən çoxdur ki, prezidentlik kreslosunda əyləşən Barak Obamanın ilk böyük qələbəsi saymaq olar.
Bu qanunun qəbulu və indiyəcən tibbi sığortadan kənarda qalan 30 milyona yaxın amerikalının sığorta proqramlarına cəlb edilməsini Obama özünün seçki kampaniyası zamanı vəd etmişdi.
Obama səsvermədən sonra Ağ evdə qanunun qəbulunu tarixi hadisə adlandırıb:
"Sonda biz bunu necə adlandıra bilərik? Bu Amerika arzusunun bünövrəsinə qoyulan daha bir daşdır.
Bu gecə biz tarixin çağırışına cavab verdik. Biz üzləşdiyimiz çətinliklər qarşısnda geri çəkilmədik, onları üstələdik.
BİZ MƏSULİYYƏTDƏN QAÇMADIQ,
gələcəkdən qorxmadıq, gələcəyi özümüz yaratdıq.
Çox saq olun, Allah köməyiniz olsun, Allah Amerika Birləşmiş Ştatlarının köməyi olsun".
Qanuna təkcə respublikaçılar müxalif deyildi, prezidentin öz partiyasından olan bəzi mühafizəkar millət vəkilləri də səhiyyədə islahatların əleyhinə çıxırdı.
Qanun 219 səs lehinə, 212 səs əleyhinə olmaqla qəbul edilib. İndi qanun parlamentin yuxarı palatasına – Senata göndərilməlidir ki, orada da səsverməyə çıxarılsın. Ola bilər ki, Obama qanunu artıq gələn həftə imzalasın.
Nümayəndələr Palatasında respublikaçıları təmsil edən Geof Devis öz partiyasının narazılığını ifadə edib.
“Mənim ürəyim kədərlə doludur. Bu səsvermə Amerikanın gələcəyini müəyyən edəcək. Bu isə nəhəng vergi yükü, hamıya çatan, amma məhdud tibbi xidmət, burnunu hər yerə soxan bürokratiya deməkdir. Demokratlar bu gün amerikalıların rəyini qulaqardına vururlar. Bununla da xalqı dayanmadan sosializmə sarı sürükləyirlər".
BU MƏSƏLƏDƏ TƏRƏFLƏR ARASINDA İDEOLOJİ ZİDDİYYƏT VAR
Amerikalı liberallar deyir ki, tibbi xidmət imtiyaz deyil, hüquqdur. Bu hüquqdan hər bir kəs.istifadə edə bilməlidir.
Respublikaçılar isə deyir ki, kapitalizm özü-özünü nizamlayan sistemdir, dövlət iqtisadiyyatın, cəmiyyətin işinə tez-tez müdaxilə etməməlidir. Onların fikrincə səhiyyə islahatı o qədər bahadır ki, - 1 trilyon dollara yaxın qiyməti var – bu, dövlət büdcəsi üçün nəhəng bir yükə çevriləcək.
Yeni qanuna görə, amerikalıların əksəriyyəti özünü tibbi sığorta etdirməlidir, etdirməsələr, cərimə olunacaqlar. Qanuna görə, az gəlirli ailələrə tibbi sığorta ödənişlərini etmək üçün yardım olunacaq.
Özəl tibbi sığorta sistemi daha istədiyi kimi hərəkət edə bilməyəcək, hökumət onun da işini nizamlayacaq. Bundan sonra əgər kimsə ağır xəstədirsə və sığorta olunmaq istəyirsə, sığorta şirkəti onun ağır vəziyyətinə baxıb sıortadan imtina edə bilməz.
Bu qanunun qəbulu və indiyəcən tibbi sığortadan kənarda qalan 30 milyona yaxın amerikalının sığorta proqramlarına cəlb edilməsini Obama özünün seçki kampaniyası zamanı vəd etmişdi.
Obama səsvermədən sonra Ağ evdə qanunun qəbulunu tarixi hadisə adlandırıb:
"Sonda biz bunu necə adlandıra bilərik? Bu Amerika arzusunun bünövrəsinə qoyulan daha bir daşdır.
Bu gecə biz tarixin çağırışına cavab verdik. Biz üzləşdiyimiz çətinliklər qarşısnda geri çəkilmədik, onları üstələdik.
BİZ MƏSULİYYƏTDƏN QAÇMADIQ,
gələcəkdən qorxmadıq, gələcəyi özümüz yaratdıq.
Çox saq olun, Allah köməyiniz olsun, Allah Amerika Birləşmiş Ştatlarının köməyi olsun".
Obama Konqresmenlərlə görüşüb onları səhiyyə islhatlarının vacibliyinə inandımağa çalışır. 25 fevral 2010.
Bir ildn çox idi ki, prezident və onun Demokrat Partiyası qanunun qarşısındakı maneələri götürmək üçün Konqresdə iş aparırdı. Qanuna təkcə respublikaçılar müxalif deyildi, prezidentin öz partiyasından olan bəzi mühafizəkar millət vəkilləri də səhiyyədə islahatların əleyhinə çıxırdı.