Mənim Türkiyə vətəndaşlığı almış tələbə oğlumu mülki maşınla Nizami rayonu 25-ci polis bölməsinin əməkdaşları qaçırıblar. 8 gün gizlətdilər, bu gün-sabah deyib bizi aldatdılar. Bütün bunlar bizə sonradan məlum oldu.
Mehman Cəfərovun dediyinə görə, oğlu Qüdrət Cəfərov soyğunçuluqda şübhəli bilinərək polis bölməsinə aparılandan səkkiz gün sonra onun harada olduğunu öyrənə bilib. Bölmədə saxlanan zaman oğluna nəinki vəkillə, hətta ailəsi ilə də əlaqə saxlayıb vəziyyət barədə məlumat verməsinə icazə verilməyib. Polis özü də valideynləri xəbərdar etməyi lazım bilməyib.
HƏBS OLUNANI GİZLƏDİRLƏR
ABŞ Dövlət Departamentinin 2009-cu il üçün Azərbaycanda İnsan Haqlarının vəziyyətinə dair hesabatında da deyilir ki, saxlanan, həbs olunan və ya cinayətdə ittiham olunan vətəndaşların hüquqları polis məntəqələrində pozulur. Hesabatda vurğulanır ki, yerli qanuna görə, polis vətəndaşı sübut olmadan yalnız 24 saatlıq həbs edə və istintaqa cəlb edə bilər. Amma təcrübə göstərir ki, polis sübut olmadan insanları günlərlə, hətta bəzən həftələrlə dəmir barmaqlıqlar arxasında saxlayır.
Hesabatda deyilir ki, həbs olunan vətəndaşların vəkilləri ilə dərhal əlaqə yaratmaq hüquqları da təmin olunmur. Səlahiyyətlilər həmçinin saxlanan şəxsin valideynləri ilə görüşməsini də məhdudlaşdırır və həbs etdikləri şəxs barədə məlumatları gizlədir.
«HESABAT HƏLƏ AZƏRBAYCAN REALLIQLARININ HAMISINI GÖSTƏRMƏYİB»
Hesabatda yer almış faktlara münasibət bildirən hüquq müdafiəçisi Leyla Yunus deyir ki, sənəddə qeyd olunanlar hələ baş verənlərin hamısı deyil. Hüquq müdafiəçisinin dediyinə görə, araşdırmalar göstərir ki, saxlanan şəxslərə işgəncələr də məhz ilk 28 və ya 48 saat ərzində verilir, bu müddət ərzində isə vətəndaşın nə vəkili, nə də yaxınlarını məlumatlandırmaq imkanı olmur.
«Vətəndaşları tutan zaman onlara imkan vermirlər ki, öz vəkilləri ilə görüşsünlər və ya evə zəng etsinlər. Buna ən parlaq və hamıya məlum olan nümunə Adnan və Emin məsələsidir. Onlar Səbail polis bölməsində saxlanandan 40 dəqiqə sonra Adnanın vəkili İsaxan Aşurov polis məntəqəsinə gəldi, amma onu buraxmadılar».
Adnan Hacızadə və Emin Milli ötən il xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərbə vurma ittihamı ilə həbs olunublar. Məhkəmələri zamanı gənc bloqqerlər də polis məntəqəsində hüquqlarının pozulduğunu, xüsusən də öz vəkilləri ilə təmin olunmadıqlarından şikayətləniblər. Amma Səbail rayon məhkəməsi onların bu şikayətini nəzərə almayıb.
VƏTƏNDAŞ HAQQINI TƏLƏB ETSƏ...
Vəkil Aslan İsmayılov deyir ki, bu cür hallar bölgələrdə daha çox baş verir və saxlanan vətəndaşın hüquqlarının pozulduğu ilk saatlar və ya günlər ərzində isə ondan həm zor gücünə reallığı əks etdirməyən ifadələr, həm də rüşvət alınır. Aslan İsmayılov bütün bunların baş verməsində vətəndaşları da günahlandırır.
«Azərbaycan polisi qanunu pozub, pozur və yəqin yenə də pozacaq. Amma əsas günah vətəndaşların özlərindədir. Ona görə ki, vətəndaşlar öz hüquqlarını bilmirlər. Bizim vətəndaşlar öz hüquqlarını tələb etməyi bacarmır və tələb etmir».
NAZİRLİYİN FİKRİ BƏLLİDİR
Daxili İşlər Nazirliyindən isə deyirlər ki, həm ABŞ Dövlət Departamentinin, həm də yerli hüquq müdafiəçilərinin iradları reallığı əks etdirmir. Nazirliyin mətbuat xidmətinin sözçüsü Ehsan Zahidov deyir ki, Dövlət Departamentinin hər il açıqlanan, bir-birinə oxşar hesabatlarına münasibət bildirmək istəmir, çünki nazirliyin bu barədə fikirləri cəmiyyətə bəllidir.
Yerli hüquq müdafiəçiləri isə hesab edirlər ki, ölkədə normal vəkillik institutu formalaşmayınca, vətəndaşların hüquqi maarifləndirilməsi baş verməyincə və o cümlədən, hüquq pozuntusuna yol vermiş polis əməkdaşları məsuliyyətə cəlb olunmadıqca Dövlət Departamentinin növbəti illər üçün hazırlanan hesabatlarında da bu kimi faktlar öz əksini tapacaq.