Lerik sakini özünü qatarın altına atıb

Bakı metrosunda Lerik sakini özünü hərəkətdə olan qatarın altına atıb. O, dərhal yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir. Onun ruhi xəstə olduğu bildirilir.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə metronun «Əzizbəyov» stansiyasında martın 22-də qeydə alınıb.

Stansiyada qatarların hərəkəti bir neçə dəqiqə dayandırılıb.

Faktla bağlı Nizami rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.