ABŞ hökuməti İrana getməməyə çağırıb

ABŞ hökuməti ölkə vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırıb.

Dövlət Departamentinin xəbərdarlığında bildirilir ki, ABŞ vətəndaşları həbs də daxil olmaqla İranda yerli hakimiyyətin düşmənçiliyi ilə üzləşə bilərlər, xüsusilə də ikili vətəndaşlığı olanlar.

Dövlət Departamenti qeyd edir ki, İranın hakim dairələri son illər ikili vətəndaşlığı olan bü cür şəxslərin ölkədən çıxmasını əngəlləyir, casusluq və digər cinayətlərdə ittiham olunan bir neçə adam isə həbsə atılıb.

ABŞ-la İran arasında formal diplomatik münasibətlər yoxdur.